"Nvidia" yeni süni intellekt çipini təqdim etdi


ABŞ çip istehsalçısı "Nvidia" "Blackwell" adlı yeni nəsil çip arxitekturası ilə yeni süni intellekt çipini təqdim etdi.



"Nvidia" Baş İcraçı Direktoru Jensen Huang şirkətin GPU Texnologiya Konfransında etdiyi çıxışda, mövcud məlumatların miqdarının artacağını və daha da böyük qrafik emal vahidlərinin (GPU) yaradılması lazım olduğunu izah edib.

Şirkətin hazırkı çip arxitekturasının, "Hopper"in fantastik olduğunu, lakin daha böyük GPU-lara ehtiyac duyduğunu ifadə edən Huang, riyaziyyatçı David Blackvellin adını daşıyan yeni nəsil çip arxitekturası barədə məlumat verib.

Huang qeyd edib ki, "Blackwell" çip deyil, platformanın adıdır.

Digər tərəfdən şirkət tərəfindən verilən açıqlamada, "Blackwell" platformasının trilyon parametrləri olan böyük dil modelləri üzərində real vaxt rejimində generativ süni intellekt yaratmağa və işə salmağa imkan verdiyi, əvvəlki modelə nisbətən 25 dəfəyə qədər daha az xərc və enerji sərfiyyatına imkan verdiyi bildirilib.

Açıqlamada "Amazon Web Services", "Dell Technologies", "Google", "Meta", "Microsoft", "OpenAI", "Oracle", "Tesla" və "xAI" kimi şirkətlərin "Blackwell"dən istifadə edəcəyi gözlənilən şirkətlər arasında olduğu qeyd edilib.

İlk "Blackwell" çipi "GB200"ün bu ilin sonunda buraxılacağı da bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu