İlon Mask "Grok" adlı süni intellekt modelini təqdim edib


X sosial media platformasının sahibi İlon Maskın süni intellekt şirkəti XAI "Grok" adlı yeni süni intellekt modelini açıqlayıb.



"Grok" XAI-nın sosial media platformasındakı paylaşımında təqdim olunub.

Bildirilib ki, "Grok"un unikal əsas üstünlüyü onun X platforması vasitəsilə real vaxt rejimində dünyanı bilməsidir.

Qeyd edilib ki, süni intellekt modeli "Grok" digər süni intellekt sistemlərinin cavab verməkdən imtina etdiyi suallara da cavab verəcək.

"Grok"un hələ də beta məhsulu olduğunu bildirən yazıda süni intellekt modelinin sürətlə inkişaf edəcəyi mesajı verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu