Çində süni intellekt alətləri ilə istehsal edilən ilk cizgi filmi yayımlandı


Süni intellekt vasitələri ilə hazırlanan ilk cizgi filmi Çində tamaşaçılara təqdim edilib.



Dövlət televiziya və radiolarının daxil olduğu China Media Group (CMG) tərəfindən Şanxay Süni İntellekt Laboratoriyası (SAIL) ilə əməkdaşlıq çərçivəsində istehsal olunan "Qianqiu Shisong" adlı 26 seriyalı cizgi filminin ilk bölümü dünən yayımlanıb.

İncəsənət dizaynından animasiya və post-produksiya proseslərinə qədər süni intellektlə hazırlanan cizgi filmi serialı bu mənada ölkədə bir ilkdir.

SAIL-in WeChat hesabında verilən açıqlamada, filmin istehsalında CMG-nin vizual və audio arxivinin məzmunu ilə öyrədilmiş "CMG Media GPT" adlı məhsuldar süni intellekt modelindən istifadə edilib.

Klassik Çin poeziyasının məşhur əsərlərinin arxa plan hekayələri ilə izah edildiyi 7 dəqiqəlik 26 seriyadan ibarət cizgi filmində qədim dövrlərə aid səhnələrin və personajların dizayn və animasiyaları dövrün klassik Çin mürəkkəb rəsmlərinə uyğun olaraq yaradılıb.

İstehsalda ABŞ-ın məhsuldar süni intellekt tərtibatçısı OpenAI tərəfindən işə salınan mətndən video istehsal edən Sora-ya bənzər vasitələrdən istifadə edilib.

Qeyd olunub ki, CMG Media GPT xarakter və səhnə dizaynında ucuz və effektiv animasiya prosedurunu təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu