Google açıq mənbəli süni intellekt modeli Gemma-nı təqdim etdi


Google tərtibatçılara məsuliyyətlə süni intellekt qurmağa kömək etmək üçün yeni nəsil açıq mənbəli Gemma modelini təqdim edib.



Google-dan verilən açıqlamada Gemma model ailəsinin süni zəkalı söhbət robotu Gemini ilə eyni araşdırma və texnologiya ilə yaradıldığı və ən müasir açıq mənbə modelinə sahib olduğu bildirildi.

Bəyanatda DeepMind və Google-da digər komandalar tərəfindən hazırlanmış yeni modelin Gemini-dən ilham alındığı, həmçinin tərtibatçıların innovasiyalarını dəstəkləmək, əməkdaşlığı təşviq etmək və Gemma modellərinin məsuliyyətli istifadəsini istiqamətləndirmək üçün alətlərin nəşr edildiyi ifadə edildi.

Açıqlamada model haqqında məlumat verilərək, Gemmanın bu gündən etibarən bütün dünyada mövcud olduğu ifadə edildi.

Modelin Gemma 2B və Gemma 7B olmaqla iki ölçüdə buraxıldığı qeyd edilib və “Məsuliyyətli Məhsuldar Süni İntellekt Alətlər Seti”nin Gemma ilə daha təhlükəsiz süni intellekt tətbiqləri yaratmaq üçün təlimat verdiyi vurğulanıb.

Google bu ay süni intellekt chatbot Bard-ın adını "Gemini" olaraq dəyişdirsə də, “Gemini Advanced” yeni versiyası üçün ödənişli abunəliyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu