Cənubi Koreyada avtobus 32 avtomobilə çırpılıb: Ən azı 48 nəfər yaralanıb
Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Sonqnam bölgəsində avtobusun 32 nəqliyyat vasitəsinə çırpılması nəticəsində ən azı 48 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Sonqnamda 60 yaşlarında olan sürücünün idarə etdiyi avtobus yerli vaxtla saat 07:30 radələrində bir yük avtomobilinə, 4 avtobusa və 27 minik avtomobilinə çırpılıb.
Avtobusun yol maneəsinə çırpılaraq dayandığı qəza nəticəsində ən azı 48 nəfər xəsarət alıb.
Sürücünün sərxoş olmadığı müəyyən edilib. Onun polisə əyləclərin işləmədiyini dediyi bildirilir.
Qəza ilə bağlı araşdırma başlanılıb.

