Qaçqınları daşıyan avtobus yandı: 79 nəfər öldü


İrandan deportasiya edilən qaçqınları daşıyan bir avtobus Əfqanıstanda qəzaya uğrayıb. Toqquşmadan sonra avtobus alovlanıb və 79 nəfər həyatını itirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Mateen Qani Associated Press-ə açıqlamasında bildirib ki, Əfqanıstanın İran sərhədindəki Herat vilayətində baş vermiş qəzada İrandan deportasiya edilərək Əfqanıstana geri dönən 19-u uşaq olmaqla 79 nəfər həyatını itirib.

Sözçü qeyd edib ki, qəza nəticəsində iki nəfər də yaralanıb və qəza dünən yerli vaxtla saat 20:30-da baş verib.

Herat vilayəti Mədəniyyət və İnformasiya İdarəsinin rəhbəri Əhmədullah Muttaki ABŞ mərkəzli X şirkətinin sosial media platformasında qəza ilə bağlı açıqlama verib.

Muttaki bildirib ki, İrandan deportasiya edilən qaçqınları daşıyan avtobus bir motosiklet və yük avtomobili ilə toqquşub.

Digər tərəfdən, TOLOnews-ə açıqlama verən və adının açıqlanmasını istəməyən rəsmilər avtobusun toqquşma nəticəsində alov aldığını və bir çox şəxsin həyatını itirdiyini bildiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu