"CrowdStrike" "Zscaler"i 43,9 milyard dollara almağa hazırlaşır


ABŞ-ın kibertəhlükəsizlik şirkəti "CrowdStrike" bulud texnologiyaları sahəsində fəaliyyət göstərən "Zscaler" şirkətini təxminən 43,9 milyard dollar dəyərində səhmlərin dəyişdirilməsi yolu ilə satın alacağını açıqlayıb.

AFN.az xəbər verir ki, müəssisə müştərilərinin kibertəhlükəsizlik sahəsində çoxsaylı məhsulları vahid təchizatçıdan almağa üstünlük verdiyi bir dövrdə baş tutan bu birləşmə yalnız kibertəhlükəsizliyə fokuslanan dünyanın ən böyük şirkətlərindən birinin yaranmasına səbəb olacaq.

"CrowdStrike" bildirib ki, satınalma başa çatdıqdan sonra "Zscaler" səhmdarları birləşmə nəticəsində yaradılacaq şirkətin 15,9 faizinə sahib olacaqlar.

Razılaşmanın şərtlərinə əsasən, "Zscaler" səhmdarları sahib olduqları hər bir "Zscaler" səhminə görə 1,135 "CrowdStrike" səhmi əldə edəcəklər.

Açıqlamadan sonra "Zscaler" səhmlərinin dəyəri bazar açılmazdan əvvəlki əməliyyatlarda 13,4 faizdən çox artıb, "CrowdStrike" səhmləri isə 5 faiz ucuzlaşıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu