"CrowdStrike" proqram təminatı ilə "Windows" səhvləri arasında əlaqə olduğunu təsdiqlədi
Amerikalı informasiya təhlükəsizliyi həllərinin tərtibatçısı "CrowdStrike" onun proqram təminatı ilə "Windows" əməliyyat sistemində (ƏS) kütləvi nasazlıqlar arasında əlaqənin olduğunu təsdiqləyib.
Bu barədə Amerikanın CNBC telekanalı məlumat yayıb.
“CrowdStrike Falcon Sensor tətbiqi ilə bağlı Windows-un nasazlıqları hallarından xəbərdardır”, - deyə kanal şirkət nümayəndəsindən sitat gətirib. Problem bu proqram təminatının ən son yeniləməsi quraşdırılmış cihazlara təsir edir. Şirkət əlavə edib ki, şirkətin mütəxəssisləri məcburi “tətbiqin əvvəlki versiyaya geri qaytarılması” üzərində işləyirlər.