"Microsoft" "Windows" əməliyyat sisteminin ən populyar versiyalarından birinə dəstəyi dayandırır
2023-cü ilin yayında "Microsoft" əməliyyat sisteminin ən populyar versiyalarından biri olan "Windows 10 21H2" üçün dəstəyi dayandıracaq.
AFN.az "Neowin" portalına istinadən xəbər verir ki, artıq istifadəçilərə "Windows 10" və ya "Windows 11"-in daha yeni versiyalarını yükləmək tövsiyə olunur. Bildirilir ki, 2023-cü il iyunun 13-dən etibarən "Windows 10 Home", "Pro", "Pro Education" və "Pro for Workstations 21H2" versiyaları artıq rəsmi yeniləmələri və onlarla birlikdə cari kibertəhlükələrdən qoruyan təhlükəsizlik yeniləmələrini almayacaq. Bu versiyalar üçün son yeniləmə iyunun əvvəlində buraxılacaq.
"Microsoft" bu sistemlərin istifadəçilərini təcavüzkarların potensial qurbanı olmamaq üçün "Windows 10" və ya "Windows 11"in daha yeni versiyalarına təkmilləşdirməyə təşviq edir.
Qeyd edək ki, bu gün 21H2 versiyasından neçə nəfərin istifadə etdiyi barədə rəsmi məlumat yoxdur, lakin məlumdur ki, "Windows 10" müştərilər arasında ən populyar əməliyyat sistemidir - fərdi kompüter sahiblərinin 73,5%-i ondan istifadə edir. Eyni zamanda, 2023-cü ilin mart ayına olan məlumata görə, "Windows 11"-in payı 20%-i ötüb.