"Windows 11" niyə az populyardır?
"Lansweeper" analitikləri "Windows 11"-in buraxılmasından iki il sonra niyə populyar olmadığını öyrəniblər.
Onların bu barədə rəyini "Digital Trends" yayımlayıb. Şirkətin mütəxəssisləri korporativ sektordan olan istifadəçilərin 33 milyon kompüterini təhlil ediblər. Mütəxəssislər bu məlumatlara əsasən bildiriblər ki, “Windows 11” qurğuların yalnız 8,35 faizində quraşdırılıb. Bu, 2022-ci ilin sentyabr ayından kiçik bir sıçrayışdır, o zaman hazırkı ƏS kompüterlərin 5,74 faizində quraşdırılmışdı. "Windows 10" 80,5 faiz dəstək səviyyəsi ilə lider olaraq qalır.
Hesabat müəllifləri bu fenomenin səbəbini açıqlayıblar. Onların fikrincə, bir çox istifadəçilər öz avadanlıqlarının "Windows 11"-in yüksək sistem tələblərinə cavab verməsini təmin edə bilmirlər. Həmçinin korporativ sektorun nümayəndələri, bir qayda olaraq, adi istifadəçilərlə müqayisədə cihazlarını daha az yeniləyirlər. Bundan əlavə, təşkilatlar "Windows"un müəssisə nəşrlərindən istifadə edirlər və tələb olunan yeniləmələri əldən verə bilərlər.
"Lansweeper"in nümayəndəsi Esben Doçinin sözlərinə görə, bir çox şirkətlər öz fərdi kompüterlərini "Windows 11"-ə köçürməyə hazır olsalar da, bunun üçün biznes və dövlət təşkilatlarının çox vaxt vaxt tapmadığı ətraflı miqrasiya planının yaradılması tələb olunur.