Almaniyada 450-dən çox məktəbə bomba hədəsi göndərilib



Almaniyada ölkə üzrə təxminən 450 məktəb elektron poçt vasitəsilə bomba hədəsi alıb.

AFN.az xəbər verir ki, polis bu səhər çoxsaylı məktəblərə bomba təhdidi məzmunlu elektron məktubların göndərildiyini açıqlayıb.

Frayburq Polisi polisə təcili yardım xəttinə də bununla bağlı məlumatların daxil olduğunu bildirib. Mövcud məlumatlara görə, ölkə üzrə 450-dən çox məktəb təhdid məktublarının hədəfinə çevrilib.

Həmin elektron məktubların mövzu hissəsində Ölüm səni gözləyir ifadəsinin yer aldığı və mesajların eyni məzmunu daşıdığı vurğulanıb.

Türingiya əyalətinin polisi də hadisə ilə bağlı ictimai asayişi pozmaq məqsədilə cinayət törətməklə hədələmə şübhəsi əsasında araşdırmaya başlayıb. Polis məktəblərə hazırkı vəziyyətdə təxliyə qərarı verməməyi tövsiyə edib.

Buna baxmayaraq, bəzi məktəblərdə ehtiyat tədbiri olaraq şagirdlərin evə göndərildiyi, həmin təhsil müəssisələrinə polis əməkdaşlarının cəlb olunduğu bildirilib.

Aşağı Saksoniya əyalətində də çoxsaylı məktəblərə qarşı bomba hədəsi ilə bağlı məlumatların daxil olduğu öyrənilib.

Rəsmilər təhdid məktublarının mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildiriblər. Onlar məktəblərin oxşar hədələrlə üzləşəcəyi təqdirdə polislə əlaqə saxlamalı və rəsmi şikayət etməli olduqlarını vurğulayıblar.

Bir həftə əvvəl İtaliyada da minlərlə məktəbə ünvanlanan bomba hədələri ilə əlaqədar çoxsaylı təhsil müəssisəsi təxliyə edilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu