Bolqarıstanın çoxsaylı dövlət və təhsil müəssisələrində bomba həyəcanı
Bolqarıstanda, başda paytaxt Sofiya olmaqla, bir çox qurumla bağlı bomba xəbərdarlıqları daxil olub.
AFN.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, ölkədə müxtəlif dövlət qurumları, məhkəmələr və təhsil müəssisələrinə bomba xəbərdarlıqları edilib.
Oxşar xəbərdarlıqların Plovdiv, Köstendil, Montana, Razqrad, İspərih, Loveç, Pazarcık, Burqas, Haskovo, Sliven və Blaqoevqraddakı, eləcə də ölkənin müxtəlif bölgələrindəki qurumlara daxil olduğu bildirilib.
Xəbərdarlıqlardan sonra bəzi qurumlarda çalışanların təxliyə edildiyi, polis əməkdaşlarının isə binalarda təhlükəsizlik yoxlamaları apardığı qeyd olunub.


