Belçikada 30-a yaxın məktəbdə bomba təhlükəsi səbəbindən təhsil bir günlük dayandırılıb


Belçikada bomba təhlükəsi səbəbilə təxminən 30 məktəbdə təhsilin bir günlük dayandırıldığı açıqlanıb.



Belçika mətbuatında yer alan məlumata görə, polis dünən gecə paytaxt Brüssel və Valoniya bölgələrində bomba təhlükəsi barədə məlumat alıb.

Wallonia-Brüssel Federasiyasının Kommunikasiya direktoru Cecile Marquette son həftələrdə məktəblərə qarşı bu cür bildirişlərin alındığını və qərarın yalnız ehtiyat məqsədli olduğunu bildirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu