Fransada yağışlar səbəbindən 388 məktəbdə təhsil dayandırılıb


Keçən həftədən bəri daşqınların yaşandığı Fransanın Pa-de-Kale şəhərində yağışların təsirinin artması səbəbindən 388 məktəbdə təhsilin 2 gün müddətinə dayandırıldığı açıqlanıb.



Yerli mətbuatda yer alan xəbərlərdə noyabrın 7-dən bəri su altında qalan bir çox qəsəbədə həyatın normala dönməsi üçün işlərin davam etdiyi bildirilib.

Həftə sonu yağan leysan yağışları səbəbindən sel təhlükəsi ilə əlaqədar 279 qəsəbədə 388 məktəbdə təhsilin 2 gün müddətinə dayandırıldığı açıqlanıb.

Elektrik və su kəsilmələrinin davam etdiyi bölgədə qrupların evakuasiya işlərini qeyri-kafi görən onlarla fermer traktorları ilə etiraz edib.

Bölgəyə çıxışı təmin edən yollardan birini bağlayan fermerlər səlahiyyətlilərdən böhranı daha yaxşı idarə etməyi və işləri sürətləndirməyi tələb ediblər.

“Ciaran” fırtınasından sonra noyabrın 7-də bölgədə “fövqəladə daşqın” xəbərdarlığı edilib və həyəcan siqnalı qırmızıya qaldırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu