Norveçdə güclü yağışlar səbəbindən daha çox insan təxliyə edilə bilər


Norveç günlərdir davam edən leysan yağışların ölkənin cənub-şərqindəki çay və göllərdə suyun səviyyəsini yüksəltməsindən sonra bölgədən daha çox insanın təxliyə oluna biləcəyini açıqlayıb.


"Hans" fırtınası və leysan yağışlar səbəbiylə sürüşmə, daşqın və sel kimi hadisələrin yaşandığı Norveçdə çay və göllərdə su səviyyəsi yüksəlməyə davam edir.

Səlahiyyətlilər Beqna çayının su səviyyəsinin yüksəlməsi səbəbindən sürüşmə riski səbəbindən ən çox zərər çəkmiş bölgələrdən biri olan Honefossdan daha çox insanı təxliyə etməyi planlaşdırdıqlarını bildirib.

İndiyədək bölgədən təxminən 3600 nəfərin təxliyə edildiyi bildirilir.

Norveç Su Ehtiyatları və Enerji Müdirliyinin əməkdaşı İvar Bertlinq Honefossda suyun səviyyəsinin normadan 2,5 metr yüksək olduğunu və bu artımın bir müddət də davam edəcəyini bildirib.

Norveç səlahiyyətliləri dünən suyun altında qalması nəticəsində funksiyasını itirən və nəzarətli şəkildə partlayacağı düşünülən Braskereidfoss Su Elektrik Stansiyasının daşqınlar nəticəsində qismən dağıldığını bildirib.

Açıqlamada Norveçin ən uzun çayı Qlomma üzərində inşa edilən Braskereidfoss Su Elektrik Stansiyasının kortəbii çökməsi nəticəsində bölgədə suyun səviyyəsinin tədricən sabitləşəcəyi bildirilib.

Dünən bəndin qapağını aça bilmədiyi üçün sel təhlükəsi ilə üzləşən bölgədə yaşayan 1000-dən çox insan təxliyə edilib.

Şimali Avropaya təsir edən Hans qasırğası səbəbilə Norveçin cənubunda təbii fəlakət xəbərdarlığı ən yüksək səviyyədə saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu