Yaponiyada leysan yağışlar səbəbindən yarım milyona yaxın insana təxliyyə olunmaq əmri verilib


Bazar ertəsi Yaponiyanın cənub-qərbində yarım milyona yaxın insana ölkənin bu bölgəsində davam edən leysan yağışları səbəbindən çayların daşması və torpaq sürüşməsi təhlükəsi fonunda təxliyyə əmri verilib.


Bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Kurume şəhərində (Fukuoka prefekturunun cənub-qərbində) ən azı 115 min nəfər təxliyə əmri alıb, mümkün daşqın və sürüşmə ilə bağlı təhlükə səviyyəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.

İndiyədək 360 mindən çox insanın təxliyə olunduğu Kumamoto prefekturasının cənub-qərbində də çətin vəziyyət yaranıb.

Yaponiyanın cənub-qərbində hər yay güclü leysan yağışları müşahidə olunur ki, bu da çay daşqınlarına, geniş ərazilərin su basmasına, sürüşmələrə və insan tələfatına səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu