Fransada 10 mindən çox ev daşqın səbəbindən işıqsız qalıb


Fransanın şimalındakı Nord və Pas-de-Kale əyalətlərinə təsir edən daşqın 10 mindən çox evi işıqsız qoyub.



Pas-de-Kale və Nord əyalətlərində dünəndən bəri təsirli olan pis hava şəraiti bölgə əhalisinin həyatına mənfi təsir göstərməkdə davam edir.

Yerli mətbuatda yer alan xəbərə görə, selin təsirli olduğu 2 əyalətdə 10 mindən çox ev elektriksiz qalıb.

Sözügedən əyalətlərdə də güclü külək təsirli olsa da, daşqınların yaşandığı Pas-de-Kaledə sayıqlıq üçün ən yüksək təhlükə vəziyyəti olan "qırmızı həyəcan" bu gün də davam edib.

Pas-de-Kaledə 50-yə yaxın qəsəbə və şəhərə təsir edən daşqın səbəbindən 198 nəfər təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu