Qanada sel fəlakəti: Baraj daşdı, 4 mindən çox insan evlərini tərk etdi
Qanada Akosombo bəndinin daşması nəticəsində yaranan daşqın səbəbindən 4 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Volta Çay İdarəsi Qanada yağan güclü yağışlar nəticəsində Volta çayı üzərindəki Akosombo bəndinin daşmasının bölgədə daşqınlara səbəb olduğunu bildirib.
Daşqınlar səbəbindən 4 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Daşqın nəticəsində onlarla ev və ferma da su altında qalıb.
Bəzi bölgələrdə su və elektrik enerjisinin kəsilməsi əsas xidmətlərin dayandırılmasına səbəb olub.