Myanmada daşqınlar 10 mindən çox insanı didərgin salıb
Myanmanın cənubunda musson yağışlarının yaratdığı daşqınlar səbəbindən 10 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Myanmanın Sosial Rifah, Yardım və Məskunlaşma Nazirliyinin rəsmisi Lay Şve Zin Oo bildirib ki, ötən həftədən bəri Baqo bölgəsində davam edən yağışlar daşqınlara səbəb olub.
İndiyə qədər daşqınlarda can itkisinin olmadığını bildirən Lay Şve Zin Oo, 10 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını qeyd edib.
Myanma Meteorologiya İdarəsi kvadrat metrə 200 kiloqram yağıntının düşdüyünü və bunun son 59 ilin ən yüksək göstəricisi olduğunu açıqlayıb.
Lay Şve Zin Oo, daşqınlar səbəbilə yardım düşərgələrinə, məktəblərə və monastırlara sığınan insanların yemək, içki və su ehtiyaclarının hökumət nümayəndələri tərəfindən qarşılandığını bildirib.
Daşqınlar səbəbindən böyük şəhərləri birləşdirən dəmir yolu xətlərində fasilələr olduğu bildirilib.