Qanada daşqınlar nəticəsində yüzlərlə insan evlərindən didərgin düşüb
Qananın Böyük Akra bölgəsində leysan yağışlar səbəbiylə Davhenyada suvarma bəndinin daşması nəticəsində meydana gələn selə görə yüzlərlə insan didərgin düşüb.
Milli mətbuatda yer alan xəbərlərə görə, Ningo Prampram Bələdiyyəsinin açıqlamasında, Böyük Akkra bölgəsindəki Davhenya bölgəsində suvarma bəndinin daşmasının selə səbəb olduğu bildirilib.
Xəbərdə sel nəticəsində yüzlərlə insanın məcburi köçkün olduğu, 600-dən çox evin su altında qaldığı bildirilib.
Ninqo Prampramın müavini Sem Corc açıqlamasında bölgədə təxliyə işlərinə başlanıldığını bildirib.