Liviyada didərgin düşən 43 min insanın ən azı 17 mininin uşaq olduğu güman edilir


Birləşmiş Millətlər Təşkilatı (BMT) selin böyük zərər vurduğu Liviyada didərgin düşən 43 min insan arasında ən az 17 min uşağın olduğunun güman edildiyini bildirib.


BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) daşqınlardan zərər çəkmiş Liviya ilə bağlı BMT-nin digər təşkilatlarının məlumatlarının da yer aldığı yeni hesabatını açıqlayıb.

Xəbərə görə, BMT-nin Uşaq Fondu (UNİCEF) Liviyanın şərqində daşqınlar səbəbiylə evlərini tərk edən 43 min insan arasında ən az 17 min uşağın olduğu təxmin edildiyini açıqlayıb.

UNICEF həmçinin uşaqların su ilə ötürülən və ya psixi sağlamlıqla əlaqəli xəstəliklərə məruz qaldığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Liviyada daşqınlar nəticəsində 4 mindən çox insanın öldüyünü, 8 min 500-dən çox insanın isə hələ də itkin düşdüyünü qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu