Liviyada daşqınlar nəticəsində 2 mindən çox insan həyatını itirib


Liviyanın şərqində, Orta Aralıq dənizində baş verən "Daniel" qasırğasının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 2 mini keçib.


AFN.az xəbər verir ki, bu haqda Liviyanın baş naziri Dibeybe danışıb və beynəlxalq aləmə yardım çağırışı edib.

Baş nazir ölkənin şərqinə təsir edən təbii fəlakətdə 2 mindən çox insanın öldüyünü, 7 minə yaxın insanın itkin düşdüyünü açıqlayıb.

Paytaxt Tripolidə növbədənkənar Nazirlər Şurası keçirilib. Ölkədə üç günlük matəm elan edilib, bayraqlar yarıya qədər endirilib.

Fırtınadan ən çox Cəbəl əl-Əhdar və Tukra bölgələri zərər çəkib.

Əl Bayda, Sus, Əl-Mərc və Derna şəhərləri su altında qalıb. Fövqəladə vəziyyət elan edilən ərazilərdə komendant saatı tətbiq edilib. Təhsil müəssisələri və bir çox iş yerləri bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu