Liviyada sel fəlakəti ilə əlaqədar 3 günlük matəm elan edilib


Liviyanın baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.


Dibeybe paytaxt Tripolidə Nazirlər Şurasının fövqəladə iclasında ölkəsində fəsadlar verən daşqınlarla bağlı danışıb. Seldən zərər çəkənlərə kömək etmək üçün lazımi tədbirləri davam etdirdiklərini bildirən Dibeybe, bütün rəsmiləri və nazirləri şərq bölgələrindəki vəziyyəti nəzərdən keçirməyə çağırıb.

Dövlət qurum və təşkilatlarına lazım olan bütün imkanlardan istifadə edilməsi ilə bağlı tapşırıqlar verdiyini deyən baş nazir ölkədə 3 günlük matəm elan olunduğunu və bayraqların yarıya qədər endiriləcəyini bildirib.

Dibeybe xarici bölmələrin onların daşqından zərər çəkmiş bölgələrə kömək etməsinə mane ola bilməyəcəyini ifadə edərək, Liviya xalqı qarşısında vəzifələrini yerinə yetirəcəklərini vurğulayıb.

Liviyanın şərq hissəsində, Orta Aralıq dənizində təsirli olan "Daniel" fırtınasının yaratdığı sel fəlakətində 20 nəfər həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu