Liviyanın daşqından zərər çəkmiş şəhərlərində 40 min insan didərgin düşüb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviyada seldən zərər çəkmiş şəhərlərdə təxminən 40 min insanın didərgin düşdüyünü bildirib.


Təşkilatın X sosial media hesabında daşqının baş verdiyi Liviya ilə bağlı məlumat yayılıb.

Yazıda BMqT-nin lazımi humanitar yardımın, o cümlədən səhiyyə dəstəyinin göstərilməsi üçün sahədə çalışdığı bildirilib, Liviya üçün daha çox iş görülməli olduğu vurğulanıb.

Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” qasırğası sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Nəticəsə 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğu açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu