Liviya "Qızıl Aypara" Cəmiyyəti yardım çağırışı etdi
Liviya "Qızıl Aypara" Cəmiyyəti təxminən 20 min ailənin daşqın səbəbiylə evlərindən didərgin düşdüyünü açıqlayıb və kömək istəyib.
Mərkəzi Aralıq dənizində təsirli olan "Daniel" fırtınası Liviyanın Benqazi, Beyda, Marj, Suse və Derna şəhərlərinə təsir edib. Dərnədəki vəziyyətin "faciəvi" olduğunu ifadə edən və kömək çağırışı edən "Qızıl Aypara" sözçüsü Tevfik Şükri, köçkün ailələrin sayının təxminən 20 min olduğunu bildirib: "Bu vəziyyət Dərnə, Beyda və ətraf bölgələrdəki insanlara kömək əlinin uzadılmasını tələb edir".
Şükri, Qızıl Aypara qruplarının itkinləri axtarmağa davam etdiyini də qeyd edib.
Liviyanın şərqində hökumət seldə 3 mindən çox adamın öldüyünü açıqlayıb. Digər tərəfdən də "Qırmızı Xaç" itkin düşənlərin sayının 10 minə yüksəldiyini bildirib.