Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzaya göndərilən 155 yük maşın yardımı təhvil alıb


Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağına göndərilən 155 TIR humanitar yardımı Rəfah sərhəd qapısında qəbul etdiyini və İsrail ordusunun yenidən yanacağın ölkəyə girişinə icazə vermədiyini açıqlayıb.


Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlamasında, Misir Qızıl Aypara Cəmiyyətinin göndərdiyi, içərisində qida, su, humanitar yardım, dərman və tibbi avadanlıqların olduğu 155 yük maşınının Rəfah qapısından qəbul edildiyini paylaşıb.

Açıqlamada İsrailin yenə də yanacağın girməsinə icazə vermədiyi vurğulanıb.

Bildirilib ki, gələn 155 yük maşını Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) bölgədə yanacaq çatışmazlığı səbəbindən artıq yardım ala bilməyəcəyini açıqlamasından sonra son yardım olub.

Fələstin Qızıl Aypara Cəmiyyəti qeyd edib ki, oktyabrın 21-nə qədər cəmi 1135 yardım maşını Qəzza zolağına çatıb ki, bu da gündə orta hesabla 47 yük maşınına bərabərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu