Qəzzaya yardım aparan daha 8 TIR Rəfah sərhəd qapısına daxil olub


Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin blokadası altında olan Qəzza zolağına Misir sərhədindəki Rəfah Sərhəd Qapısından 8 TIR humanitar yardım qəbul etdiyini, 21 oktyabrdan etibarən Qəzzaya gələn karvanların sayının 4-ə yüksəldiyini açıqlayıb.


Açıqlamada Fələstin Qızıl Aypara Cəmiyyətinin Misir Qızıl Aypara Cəmiyyətindən Rəfah sərhəd qapısından 8 TIR-dan ibarət dördüncü humanitar yardım paketini aldığı qeyd edilib.

Açıqlamada yük maşınlarından 5-nin su, 2-nin ərzaq, 1-nin isə dərman daşıdığı bildirilib.

Oktyabrın 23-də verdiyi açıqlamada Rəfah sərhəd qapısı Mətbuat İdarəsinin direktoru Vail Əbu Muhsin Misirdən gələn 20 avtomobildən ibarət “üçüncü” humanitar yardım karvanının Qəzzaya daxil olduğunu deyib.

İlk yardım karvanı 20, ikincisi 14 TIR-dan ibarət olub, bugünkü konvoyla Qəzzaya daxil olan yardım maşınlarının sayı 62-yə yüksəldi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu