İordaniya oktyabrın 7-dən Qəzzaya 17 yardım təyyarəsi göndərib


İordaniya 7 oktyabrdan bəri Qəzza zolağına 17 yardım təyyarəsi göndərib.



İordaniya Haşimi Xeyriyyə Fondundan verilən açıqlamada Qəzzaya göndərilən yardım təyyarələrində tibbi ləvazimat, dərman, qida, uşaq qidası və paltar kimi ehtiyacların daşındığı bildirilib.

Bildirilib ki, Misirin Rəfah Sərhəd Qapısından Qəzza zolağına qədər Misir Qızıl Aypara Cəmiyyətinə çatdırılan yardımlar Fələstin Qızıl Aypara Cəmiyyəti və BMT-nin Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi vasitəsilə bölgədəki lazımlı yerlərə çatdırılıb.

Qəzza zolağına yardım təyyarələri ilə yanaşı, 286 ton ərzaq, hazır yemək, humanitar yardım və geyim daşıyan yük maşınlarının da göndərildiyi vurğulanıb.

İordaniya ordusundan verilən açıqlamada tibbi ləvazimat və dərmanların Qəzza zolağının Xan Yunis şəhərindəki İordaniya Sahə Xəstəxanasına hava yolu ilə çatdırıldığı və bunun dördüncü endirmə olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu