ABŞ Qəzzaya hava yolu ilə humanitar yardım göndərdi


ABŞ İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzzaya hava yolu ilə 38 min yeməkdən ibarət humanitar yardım göndərdiyini açıqlayıb.


ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada, ABŞ ordusuna aid 3 ədəd C-130 yük təyyarəsinin bu gün Qəzzaya hava yolu ilə humanitar yardım çatdırdığı bildirilib.

İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birgə Qəzza vaxtı ilə saat 15.00-17.00 arasında həyata keçirilən humanitar yardım əməliyyatı zamanı ABŞ-ın Qəzza sahillərinə havadan atdığı paletlərdə təxminən 38 min yemək üçün qida olduğu qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu