ABŞ Qəzzanın şimalına 80 paket humanitar yardım göndərib


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzanın şimalına 50,600-dən çox yeməyə bərabər olan 80 paket humanitar yardım atdıqlarını açıqlayıb.


Bu barədə CENTCOM-un məlumatında deyilir

Əməliyyat zamanı Qəzzaya 50 min 600-dən çox yeməyə bərabər olan 80 humanitar yardım paketinin havadan atıldığı, paketlərdən 5-nin paraşütünün açılmamasına baxmayaraq, heç bir problem yaşanmadığı qeyd edilib.

Açıqlamada ABŞ-ın havadan humanitar yardımı davam etdirəcəyi mesajı verilib.

CENTCOM martın 17-də Qəzza zolağının şimalına 28 min 800 yemək və 34 min 500 yarım litrlik şüşə su yardımını hava yolu ilə buraxdıqlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu