CENTCOM: Qəzzaya 4 min 700 kiloqram qida göndərilib


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniya Hərbi Hava Qüvvələri ilə birgə təşkil edilən hava əməliyyatı ilə Qəzzanın şimalına 4700 kiloqram düyü, süd, makaron və konserv göndərildiyini açıqlayıb.



CENTCOM-dan verilən açıqlamada ABŞ Mərkəzi Komandanlığı və İordaniya Kral Hərbi Hava Qüvvələri Qəzzada davam edən qarşıdurmadan zərər çəkmiş mülki şəxslərə zəruri yardım göstərmək üçün 16 mart 2024-cü il tarixində Qəzzanın şimalına birləşmiş humanitar yardım hava-desant əməliyyatı həyata keçirildiyini qeyd edilib. Birgə əməliyyata İordaniya və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi tərəfindən təmin edilən qida daxildir:

"ABŞ C-130 təyyarəsi 4700 funtluq düyü, un, süd, makaron və konservləşdirilmiş qida paketlərini yerə ataraq, Qəzzanın şimalına həyat qurtaran humanitar yardım göstərib" ifadələri qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu