Suriya prezidenti hökumətdə yeni kadr dəyişiklikləri etməyə hazırlaşır
Suriya Prezidenti Əhməd əş-Şaraa ölkə hökumətində kadr dəyişiklikləri aparmağa hazırlaşır, daxili işlər naziri postuna isə yeni təyinat gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.
Bildirilir ki, hazırkı daxili işlər naziri Anas Xəttabın yerinə Deyr əz-Zor əyalətinin qubernatoru Ziyad Favvaz Ayəş təyin edilə bilər. Ayəş 2026-cı ilin əvvəlində daxili işlər nazirinin müavini vəzifəsində çalışıb və prezidentin tapşırığı ilə Dəməşqlə kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” koalisiyası arasında əldə olunan razılaşmanın icrasına nəzarət edib.
Məlumata əsasən, oktyabrın 19-da Bəsil Əbdül Hənnan sənaye və ticarət naziri təyin olunub. Yaxın günlərdə iqtisadiyyat naziri vəzifəsində də dəyişiklik gözlənilir. Bu posta Dərviş əl-Əcəlani gətirilə bilər.
Sosial məsələlər və əmək naziri vəzifəsinə isə rəqəmsal texnologiyalar üzrə mütəxəssis Rəşad Ənvər Kamelin təyin olunacağı bildirilir. O, 2025-ci il martın 29-da formalaşdırılmış keçid hökumətində yeganə qadın olan Hind Kabvatı əvəz edə bilər. Kabvat hökumətdə xristian azlığını təmsil edirdi.

