Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib
ABŞ Prezidenti Donald Trampın administrasiyasının hakimiyyətə gəldiyi gündən indiyədək 300 mindən çox vizanı ləğv etdiyi açıqlanıb.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə nazir müavini Mora Namdar məlumat verib.
Namdar sosial media hesabında məsələ ilə bağlı açıqlama yayıb.
O, Ağ Evin X hesabında yayımlanan Tramp administrasiyasının tarixdəki digər administrasiyalarla müqayisədə vizaları daha sürətlə və daha çox sayda ləğv etdiyi barədə paylaşımı sitat gətirərək, 300 mindən çox vizanın ləğv edildiyini və bu rəqəmin artmaqda davam etdiyini bildirib.
Namdar viza sahiblərinin ABŞ qanunlarına hörmət etməli olduqlarını vurğulayıb. O qeyd edib ki, əks halda onlar ABŞ-yə səfər etmək imtiyazını itirəcəklər.

