ABŞ USAID müqavilələrinin 90 faizindən çoxunu ləğv edəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 90 faizindən çoxunu ləğv etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" xəbər agentliyi məlumat yayıb.
Agentliyin əldə etdiyi memorandumda Trampın əmri ilə bütün USAİD-in maliyyələşdirməsinin nəzərdən keçirilməsinin nəticələri öz əksini tapıb. ABŞ 60 milyard dollarlıq xarici yardımı kəsməyi planlaşdırır.
Tramp administrasiyası fevralın 3-dən USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. Tramp dövlət katibi Marko Rubionu bu strukturun müvəqqəti rəhbəri təyin edib.