Mask: USAİD-in fəaliyyəti əsasən seçkilərə təsir etmək məqsədi daşıyır
![](/uploads/posts/2025-02/mask3.jpg)
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.
“USAİD-in etdiklərinin çoxu şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı” - deyə o, ABŞ prezidenti Donald Trampla birlikdə Ağ Evdə jurnalistlərə danışarkən deyib. Mask təfərrüatları açıqlamayıb və hansı ölkələrdəki seçkilərdən danışdığını dəqiqləşdirməyib. USAID-in işi haqqında danışan DOGE rəhbəri daha sonra qeyd edib: “İnvestisiyaların qaytarılması baxımından mən deyərdim ki, ümumilikdə bu, həmişə yaxşı olmayıb”.
Tramp isə öz növbəsində agentliyin “səriştəsiz və çox korrupsioner” olduğunu bildirib.