ABŞ USAID işçilərini inzibati məzuniyyətə buraxacaq


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) kritik missiyası, əsas liderlik rolunda və xüsusi təyin olunmuş proqramlara cavabdeh olmayan kadrların fevralın 8-dən etibarən inzibati məzuniyyətə göndəriləcəyini açıqlayıb.



Son zamanlar Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın ittihamları ilə gündəmə gələn USAID öz internet səhifəsində mövzu ilə bağlı açıqlama verib.

Bəyanatda deyilir ki, kritik vəzifələr, əsas rəhbərlik və xüsusi olaraq təyin olunmuş proqramlar üçün məsul şəxslər istisna olmaqla personal fevralın 8-i səhər saatlarından etibarən bütün dünya üzrə inzibati məzuniyyətə göndəriləcək.

Bəyanatda işə davam edəcəyi gözlənilən personalın sabah axşam saatlarında məlumatlandırılacağı, ABŞ-dan kənarda çalışan USAİD əməkdaşlarının geri qaytarılması üçün planların hazırlandığı bildirilib.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin 2025-ci ilin yanvarında dərc edilmiş hesabatına əsasən USAID-in 10 000-dən çox əməkdaşının təxminən üçdə ikisi 60-dan çox ölkədə və regional missiyalarda xaricdə xidmət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu