Ukrayna münaqişənin həlli ilə bağlı yeni təkliflər irəli sürüb
ABŞ, Ukrayna və Avropa ölkələri münaqişənin həlli istiqamətində atılacaq addımlar və Rusiya ilə münasibətlər üzrə ortaq mövqelərini razılaşdırıblar.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri, İsrailin 12-ci telekanalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Oslo şəhərində keçirilən görüşdə Ukrayna yeni ideya və təkliflər irəli sürüb, bunlar ətraflı müzakirə olunub.
Tərəflər Rusiya ilə qarşılıqlı fəaliyyətə dair əlaqələndirilmiş yanaşmanın razılaşdırılması və diplomatik prosesin irəlilədilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər.
