Tramp Putin və Si Cinpinlə yeni Yalta konfransı keçirmək istəyir
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli sammit keçirməyə çalışdığı, bunun dünyanın nüfuz dairələrinə bölünməsinə gətirib çıxara biləcəyi iddia olunur.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinin redaksiya məqaləsində yazılıb. Nəşr mümkün görüşü 1945-ci ildə keçirilən Yalta konfransı ilə müqayisə edib.
Qəzetin qənaətinə görə, Tramp uzun müddətdir Rusiya və Çinlə genişmiqyaslı razılaşmalar əldə etməkdə maraqlıdır. Onun Ukrayna və Avropa ilə bağlı hazırkı siyasəti də daha geniş strategiyanın tərkib hissəsi ola bilər.
Nəşr hesab edir ki, ABŞ-ın Rusiya nefti və dizel yanacağı ilə bağlı sanksiya məhdudiyyətlərini son vaxtlar yumşaltması Vaşinqtonun Moskva ilə daha əhatəli razılaşmalara nail olmaq istəyindən xəbər verə bilər.
Nəşrin qiymətləndirməsinə görə, belə razılaşmalar NATO-nun parçalanmasına, ABŞ-ın Sakit okean regionundakı mövqelərinin zəifləməsinə və Çinin Tayvana təzyiqinin artmasına səbəb ola bilər.
