Tramp Putinə nadir metalların işlənməsini təklif edəcək?

ABŞ Rusiyaya Alyaskada nadir torpaq minerallarının işlənməsini təklif etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” yazıb. Bildirilir ki, Amerika lideri Donald Tramp Alyaskada keçiriləcək sammit zamanı Rusiya prezidenti Vladimir Putinə belə bir razılaşma təqdim etməyə hazırlaşır.
Qəzetin mənbələrinə görə, Trampın digər təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. “The Daily Telegraph” qeyd edir ki, belə bir sövdələşmə Amerikanın Boeing konserni üçün çox sərfəli ola bilər.
Nəşr Britaniya hökumətinin adı açıqlanmayan rəsmisinə istinad edərək yazır ki, bu cür təkliflər, yəqin ki, Avropa üçün də məqbul ola bilər.