Böyük Britaniya Avropaya ABŞ-ın NATO-dan çıxmasına hazırlaşmağı tövsiyə edib


Avropa NATO-ya üzv ölkələr keçmiş Amerika lideri Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın Alyansdan çıxmasına hazır olmalıdır.



Bu barədə martın 9-da “The Telegraph” qəzeti NATO ölkələrinin diplomatlarına istinadən məlumat yayıb.

Diplomatlar deyirlər ki, Avropa paytaxtları Trampın yaratdığı təhdidlər fonunda müdafiə imkanlarını planlaşdırmalı və yenidən nəzərdən keçirməlidir.

"Onun Ağ Evə mümkün qayıdışı perspektivi Avropada Amerikanın Ukraynaya dəstəyi, eləcə də ölkənin Şimali Atlantika Alyansına sadiqliyi ilə bağlı narahatlığı artırıb", - qəzet əlavə edib.

“The Telegraph” yazır ki, ABŞ-ın NATO-dan çıxacağı təqdirdə Böyük Britaniya hökumətinin fövqəladə tədbirlər planı yoxdur. Ancaq digər paytaxtlarda artıq belə bir anlayış var ki, oxşar hazırlıqlar aparılmalıdır.

“Heç kim Trampın bundan sonra nə edəcəyini bilmir” deyə nəşr qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu