Stoltenberq NATO ölkələrinin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib


NATO-nun baş katibi Yens Stoltenberq Slovakiya hökumətinin Ukraynaya hərbi yardım paketini əngəlləməsi fonunda alyansın Ukrayna dövlətinə dəstəyinin davam edəcəyi barədə fikir bildirib.



O, Brüsseldə Macarıstan Prezidenti Katalin Nowak ilə birgə mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.

Stoltenberq qeyd edib ki, o, ayrı-ayrı müttəfiqlər haqqında danışmayacaq, lakin ümumilikdə Şimali Atlantika Alyansı Ukraynaya yardım göstərmək üçün böyük iş görür və bu yardım davam edəcək. O, bunun bütün ordu üzvlərinin təhlükəsizlik maraqlarına cavab verdiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu