Reuters: Avropada Trampın yenidən seçiləcəyindən narahatdırlar


Bəzi Avropa ölkələrindəki diplomatlar ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıra və Vaşinqtonun NATO müttəfiqlərini qorumaq öhdəliklərindən imtina edə biləcəyindən ehtiyat edirlər.


Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşrin müxbirləri Trampın keçmiş və indiki köməkçiləri, eləcə də diplomatlar arasından 20-yə yaxın adamdan müsahibə alıblar. Onların fikrincə, keçmiş Amerika lideri qarşıdan gələn seçkilərdə qalib gəlsə, çox güman ki, Pentaqonda, Dövlət Departamentində və Mərkəzi Kəşfiyyat İdarəsində ona sadiq adamlar təyin edəcək. Agentliyin məqaləsində bildirilir ki, bu, ABŞ-ın Ukraynadakı müharibədən tutmuş Çinlə ticarətə qədər olan məsələlərdə mövqeyində köklü dəyişikliklərə gətirib çıxaracaq.

“Reuters” agentliyinə müsahibə verən səkkiz avropalı diplomatın hamısı, demək olar ki, eyni fikirdədir. “Trampın Vaşinqtonun NATO müttəfiqlərini qorumaq üzrə öhdəliklərinə əməl edəcəyinə şübhələr var və onun Rusiya ilə müharibə fonunda Ukraynaya yardımı kəsəcəyinə dair güclü qorxu var” - deyə onlar bildiriblər. Diplomatlardan biri qeyd edib ki, o və həmkarları son illərdə Trampın köməkçiləri ilə əlaqə saxlayıblar.

Agentlik Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayenin şərhinə istinad edir. Onun fikrincə, eks-prezident kadrların siyasi kurs olduğunu anlayıb. "Onun administrasiyasında əvvəllər prezidentin deyil, öz kursunu davam etdirməkdə maraqlı olan çoxlu insanlar var idi", - O'Brayen əlavə edib. Materialda deyilir ki, Trampın köməkçilərinin sözlərinə görə, o, Avropa ölkələrinə hərbi yardımı azaltmaq, eləcə də Çinlə iqtisadi əlaqələri məhdudlaşdırmaq öhdəliyinə sadiqdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu