Rubio Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini optimal sayır
ABŞ dövlət katibi Marko Rubio Venesuelada növbəti seçkilərin 2027-ci ildə keçirilməsini optimal variant hesab edir.
AFN.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, Rubio müsahibəsində Bolivar Respublikasında seçkilərin ideal halda 2027-ci ildə baş tutmalı olduğunu bildirib. Bununla belə, o, səsvermənin Donald Trampın prezidentlik müddəti başa çatana qədər keçiriləcəyinə zəmanət verməyib.
Dövlət katibinin sözlərinə görə, Venesuelada seçkilərin təşkili üçün hələ bir sıra mühüm addımlar atılmalıdır.
Qeyd edək ki, Donald Trampın prezidentlik müddəti 2029-cu il yanvarın 20-də başa çatır. ABŞ-nin energetika naziri Venesuelada seçkilərin Trampın prezidentliyi dövründə keçiriləcəyini bildirib. Tramp özü isə oktyabrın əvvəlində “Time” jurnalına müsahibəsində ölkədə seçkilərin keçirilməsi üçün hələ tez olduğunu demişdi.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges isə BMT Baş Assambleyasındakı çıxışında seçkilərin xarici qüvvələrin müəyyən etdiyi vaxtda deyil, Venesuela xalqının uyğun hesab etdiyi zaman keçiriləcəyini vurğulayıb.
