ABŞ Venesuelada seçkilərin nəticələrindən narahatdır


ABŞ Venesuela hakimiyyətinin elan etdiyi prezident seçkilərinin nəticələrinin xalqın iradəsini əks etdirməməsi ilə bağlı ciddi narahatçılığa malikdir.


Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunda (QUAD) iştirakçı ölkələrin xarici işlər rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib. "Biz Venesuela seçki komissiyasının bəyanatını gördük. Elan edilmiş nəticələrin Venesuela xalqının iradəsini və ya səslərini əks etdirməməsi ilə bağlı ciddi narahatlığımız var", - deyə o bildirib.

Mövqeyini izah edən Blinken deyib: "Hər bir səsin ədalətli və şəffaf şəkildə hesablanması çox vacibdir və seçki rəsmiləri müxalifət və müstəqil seçicilərlə məlumatı operativ şəkildə bölüşürlər və səslərin ətraflı sayılmasını açıqlayırlar”. Dövlət katibi, Venesuelada seçkilər zamanı yol verilən konkret pozuntuların adını çəkməyib.

“Beynəlxalq ictimaiyyət bunu diqqətlə izləyir və buna uyğun cavab verəcək”, - Blinken əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu