Çili Venesueladakı seçkilərin nəticələrini bu halda tanıyacaq


Çili hökuməti Nikolas Maduronun Venesuelada keçirilən prezident seçkilərindəki qələbəsini beynəlxalq müşahidəçilər təsdiq edənə qədər tanımayacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çilinin xarici işlər naziri Alberto van Klaveren məlumat verib.

"Biz beynəlxalq müşahidəçilərin rəyini, eləcə də müxalifət tərəfindən yoxlanılmalı olan bütün protokolların təhlilini gözləməyi zəruri hesab edirik", - deyə o, X-da bildirib.

Çili prezidenti Gabriel Boric, öz növbəsində, protokolların yoxlanılmasında tam şəffaflığa çağırıb. "Maduro rejimi başa düşməlidir ki, dərc etdiyi nəticələrə inanmaq çətindir" - deyə o, qeyd edib.

Venesuela Milli Seçki Şurasının məlumatına görə, protokolların 80%-i hesablandıqdan sonra Maduro 51,2% səs toplayıb. Onun əsas rəqibi, ifrat sağçı partiyanın namizədi Edmundo Qonzales 44,2% səs toplayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu