Maduro: Biz dünyanın ən güclü seçki sisteminə sahibik


Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun ölkəsi dünyanın ən güclü seçki sisteminə malikdirlər.


Maudro bu gün ölkədə keçiriləcək prezident seçkiləri üçün paytaxt Karakasda beynəlxalq müşahidəçilərlə görüşüb.

Venesuelanın dünyanın ən güclü seçki sisteminə sahib olduğunu iddia edən Maudro, nəticələrin qalibi müəyyən edəcəyini ifadə edərək, xalqın seçiminə hörmət edilməsini istəyib.

Seçkiləri izləmək istəyən 5 keçmiş prezidentin ölkəyə gəlməsinə icazə verilməməsi ilə bağlı Maduro bildirib ki, bu mövzuda yeganə səlahiyyətli orqan Milli Seçki Şurasıdır: "Dəvət etmək səlahiyyəti yalnız onlardır. Müşahidəçilər heç bir şey qanundan üstün ola bilməz, biz qanunlara hörmət edilməsini istəyirik".

Venesuelanın təktərəfli sanksiyalara və ifrat sağçıların yaratdığı zorakılığa baxmayaraq, çətin günləri geridə qoymağı bacardığını vurğulayan Maduro "iqtisadiyyatı öz səylərimizlə düzəltdik. Neft törəmələrindən asılı olmayan çoxşaxəli istehsal sisteminə keçdik. Ölkə hasilatla artır, yerli valyuta dollar qarşısında möhkəmlənir və hər şeydən əvvəl biz hiperinflyasiyanı ilk dəfə nəzarət altına aldıq" - deyə bildirib.

Digər tərəfdən, Venesuela mətbuatında çıxan xəbərlərə görə, seçkilər üçün Venesuelaya 900-dən çox beynəlxalq müşahidəçi gəlib.

Müşahidəçilər arasında Türkiyə, Afrika Birliyi, Latın Amerikası Seçki Mütəxəssisləri Şurası (CEELA), İspaniyanın keçmiş Baş naziri Xose Luiz Rodriges Zapatero və Braziliyanın keçmiş xarici işlər naziri Selso Amorimdən ibarət nümayəndə heyətinin olduğu bildirilib.

Venesuela xalqı bu gün yeni prezidenti seçmək üçün seçkiyə gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu