Maduro İsrailin Rəfahda qətliam törətdiyini dedi


Venesuela prezidenti Nikolas Maduro İsrail ordusunun Rafahdakı köçkün fələstinlilərin düşərgəsinə hücumunu qətliam kimi qiymətləndirib.



Maduro həftəlik mətbuat konfransındakı çıxışında İsrailin dünyanın gözü qarşısında Qəzzada qətliam törətdiyini bildirib.

ABŞ və Avropa Birliyinə (AB) reaksiya verən Maduro, "ABŞ və AB, sahib olduqları gücə baxmayaraq, bu qətliamı dayandırmaq üçün heç bir iş görmür. Məncə, onlar bu qətllərə ortaqdırlar" deyib.

Maduro İsrailin baş naziri Binyamin Netanyahunun Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarlarını tanımadığını vurğulayaraq, "Müsəlman və xristian uşaqları bombalayır, qanunlara əhəmiyyət vermir. Netanyahu bu çağın Herodudur. ABŞ nə deyir? Onlar susur" qeyd edib.

Qeyd edək ki, Roma İmperatorluğu tərəfindən Yəhudeya vilayətinə təyin edilən Kral Herod İsa peyğəmbərin doğulması xəbərini alınca taxt-tacını qorumaq üçün Beytləhmdə 2 yaşından kiçik bütün oğlan körpələrinin öldürülməsini əmr edən zalım bir lider kimi tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu