Maduro prezidentliyə namizəd olmaq planları barədə danışmaqdan imtina edib


Venesuela prezidenti Nikolas Maduro 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağını söyləmək üçün hələ tez olduğunu bildirib.


AFN.az xəbər verir ki, Maduro bu barədə “Le Monde diplomatique” nəşrinə müsahibəsində danışıb.

Maduro 2024-cü ildə prezidentliyə namizəd olmaq planları barədə danışmaqdan imtina edib və bu mövzuda müzakirələri vaxtından əvvəl adlandırıb. O, ilin yeni başladığını vurğulayıb.

Dövlət başçısı 2024-cü il seçki prosesinin ssenariləri müəyyənləşənə qədər gözləməyə çağırıb. O, daha yaxşı qərar verəcəyinə ümid etdiyini bildirib.

Müsahibədə Maduro Qərb imperiyalarının dövrünün başa çatdığını bəyan edib. Venesuela rəhbəri qeyd edib ki, Qərb imperiyalarının sonuncusu, Amerika imperiyası struktur və qəti şəkildə tarixi tənəzzül prosesindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu