Maduro Argentina prezidentini "axmaq" adlandırdı


Venesuela prezidenti Nikolas Maduro Argentinanın BRİKS-ə qoşulmaqdan imtina etməsini şərh edib.


AFN.az xəbər verir ki, o, bu barədə “Le Monde diplomatique” nəşrinə müsahibəsində danışıb.

Maduro Argentinanın BRİKS-ə qoşulmaqdan imtina etməsini ölkənin yeni prezidenti Xavyer Mileyin axmaqlığı adlandırıb. “Çünki Argentinanı BRİKS-dən çıxarmaqla o, argentinalılara, argentinalı işçilərə və iş adamlarına qarşı hərəkət edir”, – siyasətçi jurnalist İqnasio Ramonetlə müsahibəsində izah edib.

Maduronun sözlərinə görə, Miley Argentinanı 19-cu əsrə qaytaracaq və ölkəni “imperator birqütblü dünyasının vassalı, yeni bir müstəmləkəyə” çevirəcək.

Dekabrın 29-da Xavier Miley BRİKS üzvlərinə ölkəsinin birliyə qoşulmayacağı barədə rəsmi məlumat verib. Onun sözlərinə görə, ölkə ikitərəfli əlaqələrdən əl çəkmir və ticarət və investisiya axınının artırılmasına sadiqdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu