Banqladeş BRİKS-ə qoşulmaq üçün müraciət edib


BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) Banqladeşdən birliyə qoşulmaq üçün ərizə qəbul edib.


AFN.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” məlumat yayıb.

Banqladeşdən rəsmi açıqlama baş nazir Şeyx Hasina tərəfindən təşkilata göndərilib. Xarici işlər naziri Əbdül Momenin sözlərinə görə, sorğu BRİKS-in hazırkı sədri olan Cənubi Afrikaya göndərilib.

"Biz ümid edirik ki, ölkəmiz tezliklə BRİKS-ə qoşulacaq və fəal inkişaf edən cəmiyyətin bir hissəsi olacaq", - Momen deyib.

Qeyd edək ki, Banqladeş hazırda “BRİKS-in dostları” sırasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu